93 manifesti

93 manifesti 4 oktyabr 1914-cü ildə [1] orijinalda "Mədəni Dünyaya" adını daşıyan, 93 alman alim,akademik və sənətkarın Birinci Dünya Müharibəsinin başlanğıc dövründə Almaniyanın hərbi əməliyyatlarına birmənalı olaraq dəstək verdiklərini bəyan edən sənəddir.Manifest ölkənin məktəbuniversitetləri tərəfindən dəstəklənsə də,bir çox əcnəbi intellektuallar tərəfindən qəzəblə qarşılanmışdı.

Vilhelm Förster sənədi imzalamasından çox keçməmiş peşman olmuş və tezliklə Georq Fridix Nikolayla birliklə Avropalılara Manifesti hazırladılar.Onlar " bütün millətlərin təhsilli adamlarının öz təsirlərini gələcək müharibələrin qarşısını almaq üçün sülhün şərtlərinə yönəltmələrini sadəcə yaxşı bir şey yox eyni zamanda zərurat olduğunu ,bu müharibənin bütün Avropa münasibətlərini eyni dərəcədə qeyri-sabit və plastik bir dövlətə qərq etməsi yerinə Avropadan üzvi bir bütövlük yaratmaq üçün istifadə edilməlidir. " fikirlərini ortaya atdılar.Müxtəlif insanlar bu fikirlərə rəğbət bəsləsə də yalnız Otto Buek və Albert Eynşteyn imzalamağa razı oldular və bu halda nəşr olunmamış vəziyyətdə qaldı.Lakin,daha sonra Eynşteyn tərəfindən işıq üzü gördü.[2]

1921-ci ildə The New York Times qəzetində çıxan bir hesabatda, sağ qalan 76 imzaçıdan 60-ı müxtəlif dərəcədə peşman olduqlarını dilə gətirmişdi.Hətta bəziləri imzaladıqlarını belə görmədiklərini iddia etmişdilər.[3]

  1. Jürgen von Ungern-Sternberg and Wolfgang von Ungern-Sternberg, Der Aufruf "An die Kulturwelt!": das Manifest der 93 und die Anfänge der Kriegspropaganda im Ersten Weltkrieg Arxivləşdirilib 2019-06-09 at the Wayback Machine, Franz Steiner Verlag, Stuttgart, 1996, p.13.
  2. Grundmann, Siegfried. The Einstein Dossiers. Berlin: Springer. 2005.
  3. "The Ninety-Three Today" (PDF). The New York Times. March 2, 1921. səh. 7. March 13, 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: December 22, 2020.

Developed by StudentB